AZ

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

XIV yazı

Bu məqalə Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cümhurbaşqanı, milli ideoloq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinə ithaf olunur.

Milli ideoloq, filosof-mütəfəkkir, dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin tarix qarşısında ən faydalı xidmətlərindən biri də Azərbaycanın dövlətçilik məsələsini irəli sürməsidir. Onun baxışlarında demokratik respublika ideyası birdən-birə meydana gəlməmişdir. Özünün dediyi kimi, “misli” Avropda olmayan” Azərbaycan Cümhuriyyəti, demokratik əsaslara söykənən sosial sistemli bir dövlət idi. Yeni milli dövlət xalqı bu acınacaqlı vəziyyətdən qurtarmalı, xalqın öz dövləti olmalı idi. Rəsulzadə deyirdi ki, Rus kommunizminin yıxıcı və yaxıcı tətbiqatı yanında Türk demokrat­izminin yapıcı və yaradıcı icratı vardır. Yıxıcılıq keçər, yapıcılıq qalar. Müstəqil Azərbaycan Cümhuriyyəti məhz belə bir “yapıcı” dövlət sistemi olmalı idi.

Ümumiyyətlə, milli həmrəylik təlimini, solidarizm sistemini ortaya qoymaqla Rəsulzadə mili sosial dövlət anlayışı baxımından mükəmməl bir nəticəyə gəlmişdir. Bu, Rəsulzadənin mühacirət dövründə düşüncələrində yaratdığı milli sosial dövlətçiliyin ən yeni və son forması idi. Buna milli həmrəylik (milli təsanüdçülük) adı verən Rəsulzadə hesab edir­di ki, belə bir dövlətdə həm milli-dini dəyərləri, həm də sosial-demokrat, çağ­daşlıq prinsiplərini tətbiq etmək olar. O, artıq sırf solçuluqla yanaşı, radikal millətçiliyi də qəbul etmirdi. Özünün də qeyd etdiyi kimi, o, millətçiliyi nasionalizm yox, mütərəqqilik, patriotluq mənasında kəsb edilməsini önəmli sayırdı.

Rəsulza­dənin millətçilik məsələsinə daha təmkinlə yaxın­laşması təbii idi. O, hər zaman mütərəqqi millətçiliyin tərəfdarı kimi çıxış etmişdir. Xüsusilə də, onun müdafiə etdiyi mütərəqqi milliyyətçilik Azərbaycan türklüyünü yenidən ayağa qaldırmaq, azərbaycançılığı ortaya qoymaq üçün lazım idi. Çünki həmin dövrdə Azərbaycan türklərinin çox qismi öz milli kimliyini və mənliyini yaxşı tanmıır, müsəlmançılıq, rusiyaçılıq, irançılıq adı altında assimilyasiya­ya uğrayırdı. Milli kimliyini, milli mənini bilmədiyi üçün də milli haqlarını müdafiə edə bilmir və müstəm­ləkə vəziyyətindən qurtula bilmirdi. Belə bir məqamda millətin öz milli kimliyini, milli varlığını ortaya qoyması üçün mütərəqqi milliyyətçiliyə, vətənpərvərliyə ehtiyac yaranırdı.

Digər tərəfdən, ilk dönəmlərdə sosial-demokrat, liberal-demokrat ideyalarının tərəfdarı kimi çıxış edən Rəsulzadə sonra­lar anlayacaqdı ki, mücərrəd sinfi mübarizə ilə də nəyisə əldə etmək mümkün deyil. Əgər sinfi mübarizə olacaqsa, bundan öncə bir millət olaraq türklər özlərini tanımalıdır. Millət olaraq özünü tanıyıb sinfi mübarizə aparan xalqla, milli kimliyindən xəbərsiz sinfi mübarizə aparaq xalq arasında böyük fərq var. Birinci halda öz milli kimliyini tanımayan millətin uğursuzluğa uğrayacağı bəllidir. Ona görə ki, onun haqlarını “proletar sinfi” adı altında başqa millətlər mənimsəyə­cəklər. Necə ki, Sovetlər imperiyasında “sovet milləti” adı altında qeyri-rus millətlərin əksəriyyəti məhz belə bir bəlaya düçar olmuşdular.

Bu baxımdan Rəsulzadənin “sosial məsələ-islam, türkçülük-islam” və sonda “türk­çülük-sosial məsələ-islam” düsturunu başa düşmək çətin deyil: “Əski nəslə mənsub milli mühacirətin şüurlu qismi tərəfindən təmsil olunan siyasi proqramın milli həmrəylik, ictimai ədalət və siyasi istiqlaldan bəhs edən üç əsası yeni nəslin ictimai və siyasi şüurunu müəyyən edir. Yeni mühacirətin siyasi düşüncəli qismi siyasi etiqadımızın yuxarıdakı “üçlü” ümdəsini böyük bir sevinc və vicdan rahatlığı ilə xəbər alırdı. Onlar qırmızıların siyasətinin milli mühacirətin ictimai irtica ilə siyasi təhqir nümunəsi kimi tanıtdığını, yalan və böhtanlardan ibarət olduğunu görürdülər. Milli Azərbaycan Respublikasının yaşadığı istiqlal dövrü Azərbaycan tarixinin ən parlaq bir dövrüdür. Əski və yeni mühacirətin ilham qaynağı, 1918-ci ildə elan olunan istiqlal bəyannaməsindəki demokratik əsaslardır. Əldə edilmiş milli istiqlalı yenidən qazanmaq əvvəlki kimi yeni nəslin də idealıdır: lakin bir şərtlə: yenidən qurulacaq Azərbaycanda əski ictimai uyğunsuzluğa, siyasi haqsızlıqlara meydan verilməyəcək, sosial həmrəylik və ədalətin təmininə xüsusi əhəmiyyət veriləcəkdir”.[1]

Gənc­lik döv­rün­dən ya­şıd­la­rın­dan fərq­lə­nən Rə­sul­za­də­nin han­sı­sa si­ya­si təş­ki­lat­lar­da fəa­liy­yət gös­tər­mə­sin­dən ası­lı ol­ma­ya­raq, əsas məq­sə­di Qu­zey Azər­bay­ca­nı azad və mil­li-de­mok­ra­tik bir öl­kə ki­mi gör­mək olub. Xü­su­si­lə də,türk­çü­lük, is­lam­çı­lıq və çağdaşlığa əsas­la­nan azər­­bay­­can­­çı­lı­ğın ya­ran­ma­sın­da Rə­sul­za­də mü­­hüm rol oy­na­mış­dır. Azər­bay­can Türk döv­lət­çi­li­yi­nin bər­pa olun­ma­sın­da və mil­li is­tiq­lalın qo­ru­nub sax­la­nıl­ma­sın­da müs­təs­na əmə­­yi olan Rə­sul­za­də son dövr Azər­bay­can Türk ta­ri­xi­nin ye­tiş­dir­di­yi də­­yər­­li mil­li mü­tə­fək­kir­lər­dən bi­ri ol­muş­­dur. M.B.Mə­həm­məd­za­də ya­zır: “Azər­bay­can xal­qı­nın ta­le­yi­nin bir par­ça­sı olan Rə­sul­za­də­nin mə­na­lı hə­ya­tı­na, dol­ğun ya­ra­dı­cı­lı­ğı­na bu gün ani bir nə­zər sal­maq­la biz Və­tə­nə, müs­tə­qil Azər­bay­ca­na sə­da­qət tim­sal­lı bö­yük bir şəx­siy­yə­tin can­lı ob­ra­zı ilə gö­rü­şü­rük. Söz­süz ki, bu sə­da­qət, bu sev­gi­si ilə o, Azər­bay­can xal­qı­nın mə­həb­bə­ti­ni qa­zan­mış və qəlb­lər­də əbə­di məs­kən sal­mış­dır. Rə­sul­za­də prin­si­pə sə­da­qə­tin, məf­ku­rə­yə bağ­lı­lı­ğın, səbr və fə­da­kar­lı­ğın, əzm və qüd­rə­tin tim­sa­lı idi. 20 ya­şın­da “İn­san­la­ra hür­riy­yət, mil­lət­lə­rə is­tiq­lal!” ar­zu­su ilə si­ya­si hə­ya­ta atıl­mış Rə­sul­za­də “İn­san­la­ra hür­riy­yət, mil­lət­lə­rə is­tiq­lal!” fik­ri ilə də 72 ya­şın­da hə­yat­la vi­da­laş­dı. La­kin öm­rü­nün so­nu­na qə­dər bu inam onu tərk et­mə­di”.[2]

Ön­cə İs­­la­m dinini so­si­al-de­mok­ra­tizm­lə uz­laş­­dır­­ma­ğa ça­lı­şan, son­ra­­lar bu­nu mil­li ide­ya çər­çi­və­sin­də in­ki­şaf et­di­rən Rə­sul­za­də, bü­tün hal­lar­da dini si­ya­sət­dən kə­nar­da he­sab et­miş­dir. İs­la­ma mü­na­si­bət­də hə­mi­şə də­yiş­məz və sa­bit möv­qe nü­ma­yiş et­di­rən Rə­sul­za­də­nin din­də in­ti­ba­hın tə­rəf­da­rı ki­mi çı­xış et­mə­si də tə­bii­dir. Çün­ki din­də dur­ğun­­luq olan­da, cə­ha­lə­tin tə­si­ri al­tın­da qa­lan­da, mil­lə­tin xey­ri­nə de­yil, zə­rə­ri­nə iş­lə­yir. Bu gün Azər­bay­­can Res­pub­li­ka­sı­nın mü­hüm ati­but­la­rın­dan bi­ri bay­ra­ğı­mız­da çağdaş ruh­lu is­lam­çı­lıq öz ək­si­ni tap­ma­sı da Mə­həm­­məd Əmin ide­ya­la­rı­nın prak­ti­ki nə­ti­cə­si­dir.

Biz­cə, Hü­seyn­za­də, Ağa­oğ­lu və Top­çu­ba­şının müa­sir­ləş­mək-qərb­ləş­mək-av­ro­pa­laş­maq­la bağ­lı bir-bi­ri­nə ya­xın və zid­diy­yət­li mü­la­hi­zə­lə­ri­ni də Rə­sul­za­də bir ideo­loq ki­mi ümu­mi­ləş­di­rə bil­miş­dir. Be­lə ki, türk­ləş­­mək, is­lam­laş­maq və müa­sir­ləş­mək ki­mi “üç­­lü” düs­tu­ra Azər­bay­­can türk­çü­lü­yü­nə əla­və edən Rə­sul­za­də, bu­nun­la da bir tə­rəf­dən azər­bay­can­çı­lı­ğın əsa­sı­nı qoy­muş, di­gər tə­rəf­dən mil­li de­mok­ra­ti­ya­nın tə­şək­kü­lün­də əvə­siz rol oy­na­mış­dır. O, ye­ni dövr­də Azər­bay­can Türk ay­dın­la­rı ara­sın­da ilk də­fə, üm­mət­çi­lik­dən mil­lət­çi­li­yə üz tu­ta­raq mil­li ide­ya­nın tə­məl prin­sip­lə­ri­ni iş­lə­yib ha­zır­la­mış­dır. Çün­ki 1915-ci il­dən işıq üzü gö­rən “Açıq söz” qə­ze­tin­də ilk də­fə ola­raq “mü­səl­­man”, “ta­tar” əvə­zi­nə “türk” sö­zü­nü iş­lə­dən, “Biz tür­kük!” de­yən Rə­sul­za­də ol­muş­dur.

Mil­li ideo­loq azər­bay­can­çı­lı­ğı da çox də­qiq ifa­də et­miş­dir. “Azər­bay­­can­çı­lıq de­mək, is­tiq­lal­çı­lıq de­mək­dir. Bir is­tiq­lal­çı­lıq ki, ta­ri­xin ən bö­yük mü­əs­sə­si (qu­ru­cu­su) olan mil­liy­yə­tin döv­lət ol­maq üz­rə mü­zəf­fər yü­rü­şü de­mək­dir. Azər­bay­­can­çı­lıq de­mək, bö­yük Türk ir­qi­nə mən­sub bir mil­lə­tin is­tiq­la­lı­nı qa­zan­maq üz­rə baş­lan­mış şan­lı bir mü­ca­di­lə­dir. Azər­bay­can­çı­lıq ey­ni za­man­da, bir hür­riy­yət və mə­də­­niy­­yət hə­rə­ka­tı­dır ki, onun ən ba­riz si­fə­ti xalq­çı­lıq və mil­li ha­ki­miy­yət əsa­sı­na bağ­lı­lıq­dır”.[3]Rə­­sul­­za­də Azər­bay­can mil­li-de­mok­ra­ti­ya­sı­nın əhə­miy­yə­ti­ni, di­gər cə­rə­yan­lar­dan, xü­su­si­lə “so­si­al­­ist­lər”dən fər­qi­ni də doğ­ru izah et­miş­di: ““So­sia­list­lər”lə bi­zim fər­qi­miz bun­da­dır ki, on­lar bey­nəl­mi­ləl­çi­dir­lər, biz isə de­mo­k­ra­tik mil­lət­çi. Mil­lət­çi de­mok­rat­­lı­ğın nə qə­dər ca­maa­ta fay­da­lı, za­ma­nın tə­lə­bi­nə mü­va­­fiq ol­du­ğu­nu Qaf­qaz təc­rü­bə­si­lə gös­tə­rə­­rək, is­bat edə­rək gös­tə­rə bi­lə­rəm ki, mə­sə­lən, gür­cü so­si­al-de­mo­k­ra­ti­­ya­sı ca­ma­­a­ta ni­cat ver­mək üçün na­sio­nal-de­mo­k­rat­lıq üsu­lun­dan baş­qa bir ça­rə tap­ma­dı”.[4]

O, Azər­bay­can Mil­li ide­ya­sı ilə ya­na­şı, Bütöv Azərbaycan ideyasının da müəllifi olmuşdur.Başqa sözlə, Rə­sul­za­də bir tə­rəf­dən, azər­bay­can­çı­lı­ğın türk­çü­lük­lə,is­lam­çı­lıq­la, qafqazçılıqla bağ­lı­lı­ğı­nı dai­ma qor­yub sal­xa­mış, di­gər tə­rəf­dən Bütöv Azərbaycan ide­ya­sı­nı bizlərə miras buraxmışdır.

Milli həmrəylik təliminə isə son dərəcədə inanması bir daha göstərir ki, omilli ideoloq kimi Azərbay­can Cümhuriy­yətinin yalnız siyasi-hüquqi deyil, sosial-fəlsəfi və ideoloji anlamda da memarıdır. O, elə bir memardır ki, Rəsulzadəideyaları əldə əsas tutularsa, milli dövlətimiz həm bütövləşmək, həm də əbədi yaşamaq gücünə qadirdir.

[1] Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, s.110

[2] Əfəndiyev Elçin. Məmməd Əmin Rəsulzadə (oçerk). Bakı: Şərq-Qərb, 1994, s.20

[3] Resulzade M.E. Şefibeycilik. İstanbul, 1934, s.68

[4] Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Parlament (stenoqrafik hesabatlar). I c. Bakı,“Azərbaycan” nəşriyyatı, 1998, s.260


REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla