AZ

Ermənilərin Nemesis terroru

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı

Camal Paşa

Əsl adı Ahmed Cemal Paşa (6 may 1872, Mitilini (Lesbos adası)-21 iyul 1922,Tiflis). Camal Paşa Türk siyasət adamı və əsgərdi. İkinciMəşrutiyyət dönəmində İttihad və Tərəqqi Cəmiyyətinin üç liderindən biridir. Özəlliklə Üç Paşalar iktidarı olaraq da bilinən,1913-1918-ci illər arasında Osmanlı İmperatorluğunun iç və xarici siyasətinin bəlirlənməsində etkin rol oynamışdır.

Camal Paşa 6 may 1872-ci ildə doğulmuşdu. Əsgəri əczaçı Mehmed Nesib Əfəndi və Binnaz xanımın oğludur.1890-cı ildə Kuleli Askeri İdadisindən,1893-cü ildə Harbiye Məktəbindən məzun oldu. 28 yanvar 1895-ci ildə kurmay yüzbaşı olaraq orduya qatıldı.

Öncə genelkurmay 1-ci şöbəsində çalışdı. 1896-cı ildə 2-ci Orduya bağlı Krklareli istehkam inşaat şöbəsinə atandı. Ertəsi il kolağası (önyüzbaşı)oldu.

1898-ci ildə Salonikidəki 3-cü Orduya redif fırkası (tüməni) kurmay başkanı olarak atandı. Salonikidə hərbiçi kimi çalışarkən gizli bir təşkilat durumundakı İttihad və Tərəqqi Cəmiyyətinə girərək cəmiyyətin əsgəri qanadının təşkilanlanması işinə görəvləndirildi. 1899-cu ildə Salonikidə Seniha Xanımla evləndi. Camal Paşanınçocuklarının sayı 5 idi.

1905-ci ildə binbaşı (minbaşı) oldu. Ertəsi il Rumeli Dəmiryolları müfəttişliyinə gətirildi. Müfəttiş kimi çalışarkən ittihad və Tərəqqi Cəmiyyətinin Rumelidə təşkilatlanmasında əsas rol oynadı; cəmiyyətinbölük adı verilən yerel birimlərini təşkil etdi. 1907-ci ildə 3-cü Ordu kurmay heyətinə atandı.BuradaBinbaşı Ali Fethi Bəy və Kolağası Mustafa Kemal ilə birlikdə çalışdı.

İkinci Məşrutiyyətin elanından (1908) sonra Salonikidəki İttihad və Tərəqqi Cəmiyyətinin mərkəzi tərəfindən İstanbula göndərilən on kişilik təmsil heyətində yer aldı. Ardından cəmiyyətin idare edən mərkəzi təşkilata üzv seçildi. Eyni il kymakamlığa (yarbay) yüksəldilərək Anadoluya göndərilənHeyət-i İslahiyə üzvlüyünə gətirildi.İkinci Məşrutiyyət Osmanlı Konstitusiyasının 29 il fasilədən sonra, 23 iyun 1908-ci ildə yenidən elan edilməsiylə başlayan və“Məbuslar Məclisi” nin Sultan VI Mehmed Vahdeddin (1918-1922) tərəfindən 11 aprel 1920-ci ildə ləğv edilməsi ilə sona çatan dövrü əhatə edir.Bu dövr parlament sistemi, seçki, siyasi partiya, hərbi çevriliş və diktatorluğa şahidlik etmişdi. Dörd böyük müharibə (Trablusqarb savaşı, I Balkan, II Balkan və I Dünya Savaşı) və Osmanlı İmperiyasının dağılması da bu dövrdə baş vermişdi.

Birinci Məşrutiyyət rəsmi olaraq sona çatmadığından və konstitusiya dəyişmədiyindən,bəzi tarixçilər bu dövrü vahid Məşrutiyyət dövrününikinci hissəsi adlandırırlar.

Sultan VI Mehmed Vahdeddin tərəfindən 11aprel 1920-ci ildə Məclis-i Məbusan ləğv edildikdən sonraMustafa Kemal Atatürk tərəfindənAnkarada 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisi açılmışdı. Atatürk24 aprel 1920-ci ildən 29 oktyabr 1923-cü ilə qədər 3 il, 188 gün Böyük Millət Məclisinin sədri olmuşdu.

31 Mart Olayının(13 aprel 1909) çıxması üzərinə Camalbəyİstanbula dönərək Yeşilköydə ayaklanmayıbastırmakla görəvləndirilən Harekat Ordusuna qatıldı. Ayaklanmanın bastırılmasının ardındanÜsküdardakı ordudahərbi xidmətini davam etdirdi (may 1909).

31 Mart Olayından qısa bir sürə sonraÇukurovadapartlak verən erməni ayaklanmasını yatırmaq üçün Adana valiliyinə gətirildi (8 avqust 1909). 1910-cu ilin sonlarında xəstələndiyi üçün İstanbula döndü.

1911-ci ilin avqustunda ərəb aşirətlərinin çıxardığı üsyanları yatlrmaq üçün Camal Paşa Bağdad valisi təyin edildi. İttihadçıların dəstəyindəki Mehmed Said Paşa hökumətinin istefa etməsi üzərinə, iyul 1912-ci ildə görəvindən ayrılaraq İstanbula döndü.Bir sürə Konya Redif Fırkası komandanı oldu. Oktyabr 1912-ci ildə miralaylığa (albay) yüksəldi. Noyabr 1912-ci ildə tüməniylə Balkan Savaşına qatıldı. Pınarhisar-Vizede bolqarlara qarşı ağır bir məğlubiyyətə uğrayınca fırkası (diviziyası) ilə birlikdə Çatalcaya çəkildi.Dekabr 1912-ci ildə İstanbul mənzil müfəttişivə ordu idarə rəisi oldu.

Bab-ı Ali Basqını (23 yanvar 1913) olaraq bilinən hökumətin hərbi çevrilişlə devrilməsinin ardından İttihadçılar hökumət başına keçincə İstanbulMuhafızlığına gətirildi. Camal Bəy,Bab-ı Ali Basqını sonrasında Mahmud Şevket Paşa tərəfindən 23 yanvar 1913-cü ildə İstanbulun güvənliyinin sağlanması məqsədi ilə olduqca geniş yetkilərlə İstanbul Muhafızlığına təyin edilmişdir. Doqquz buçuk ay sürəcək bu görəv sırasında, sərttəşkilatçı və disiplinli xarakterə malik Camal Paşa başlatdığı geniş kəşfiyyat çalışmaları ilə Basqının rövanşını almaq istəyən müxalifləri qımıldayamaz hala gətirmişdir. İstanbul Muhafızlığı, Sədrəzəm və Hərbiyə Naziri Mahmud Şevket Paşa suiqəsdi sonrasında da alınan tədbirlərlə olayların daha çox böyüməsinə və olası yeni bir çevriliş olaylarının gerçəkləşməsinə fürsət verməmişdir.Bu kritik dönəmdə İttihad və Tərəqqi Cəmiyyətinin ayaqda qalmasını sağlayan bir güc odağı halına gəlmişdi.Bu durum ölkə içində İstanbul Muhafızlığının quruluş qayəsindən uzaqlaşaraq siyasiləşdiyi şəklində narazılıqlara səbəbolmuşdur. Mahmud Şevket Paşanın şəhadəti sonrasında,Harbiye Nəzarətinə gətirilən Ahmed İzzed Paşa, Sədarətə göndərmiş olduğu 29 oktyabr 1913-cü il tarixli bir yazıyla, ordunun siyasətdən uzaq durması lüzumunu gərəkçə göstərərək İstanbul Muhafızlığının ləğvedilməsini tələb etmişdir. Onun bu istəyi Sədarət məqamı tərəfindən də uyğun görülmüş, ertəsi gün çıxarılan İrade-i Seniyye İstanbul Muhafızlığı ləğvedilmiş, Camal Bəy də İstanbuldakı Birinci Kolordu Komandan Vəkilliyinə təyin edilmişdir. İstanbul Muhafızlığı Mütarikə sonrasında İttihad və Tərəqqi Hökumətlərinin ləğv edilməsindən sonra yenidən təsis edilmişdir. İstanbul Muhafızlığı XVII əsrdən etibarən varlığını davam etdirən əsgəri bir quruluş idi.Görəv tanımı və yetkiləri fərqli olsa da hər yüzildə önəmini qoruyan stratejik bir hərbi təşkilat olmuşdur.1826-cı ildə Yeniçeri Ocağının qaldırılması sonrası Padşah və çevrəsinin qorunması üçün ən çox güvənilən hərbi qurumların başında yer almışdır.İstanbul Muhafızlığı, İkinci Məşrutiyyət dönəmi olaraq adlandırılan 1908-1918 illəri arasında da etkinliyini sürdürmüşdür.Bu dönəmin ən etkili İstanbul Muhafızı heç şübhəsiz İttihad və Tərəqqi Cəmiyyətinin lider kadrosunda yer alan Camal Paşa olmuşdur.

İstanbul Muhafızlığının qaldırılması üzərinə Camal Paşa 1-ci Kolordu komandan vəkili oldu. Dekabr 1913-cü ildə mirlivalığa (tuğgeneral) yüksəldi.

26 fevral 1914-cü ildə nafia (bayındırlık) naziri, 11mart 1914-cü ildə Bəhriyyə Naziri(Həri Dəniz Qüvvələri komandanı) təyin edilmişdi. 1914-1918-ci illərdə Osmanlı İmperiyası Dəniz naziri olmuşdu.

1913-cü ildən Osmanlı İmperiyasını idarə edən Ənvər Paşa və Tələt Paşa ilə birlikdə Camal Paşadövlətdə hakim triumviratın (üçlüyün) üzvü olmuşdur.

Osmanlı DövlətininI Dünya Savaşına girməsi üzərinə Bəhriyyə naziri olmaqla bərabər 2-ci Orduya komandan təyin edildi. Qısabir sürə sonra da Fələstindəki 4-cü Ordu komandanlığına gətirildi (noyabr 1914). 1915-ci ildə Ferikligə (Korgeneral) yüksəldi. Misiri ingilislərdən almaq məqsədi ilə düzənlənən Kanal Səfəri olaraq bilinənçarpışmalarda komandanlıq etdiyi Osmanlı gücləri ağır kayblar verərək çəkilmək zorunda qaldı.

1916-cı ildə Ənvər Paşanı devirmək üçün həri çevriliş planladığıamma sonra qorxaraq vaz keçdiyi söylənir (Falih Rıfkı Atayın anılarında keçər).

Camal PaşanınBirinci Kanal və İkinci Kanal savaşlarında uğursuzluğundansonra iyul 1917-ci ildə Yıldırım Ordular Qrupu qurularaq 4-cü Ordu qaldırıldı. Camal Paşa Suriya və Batı Ərəbistan orduları baş komandanlığına (Suriya, Fələstin, Hicaz, Yəmən və Asir bölgəsi komandanlığı) gətirildi və ferik-i əvvəl (Orgeneral) rütbəsinə gətirildi.1918-ci ildəbütün cəbhədəki əsgərlərYıldırım Ordular Qrupuna verilincə bu komandanlıq görəvindən alındı.Osmanlı Dövlətinin I Dünya Savaşında yenik çıxması üzərinə 1-2 noyabr 1918 gecəsi Ənvər Paşa və Tələt Paşa ilə birlikdə bir alman dənizaltısıyla Odessaya, oradan da Berlinə getdi.1918-1922-ci illərdə Almaniya, İsveçrə və Əfqanıstanda mühacirətdə olmuşdur.

“Daşnaksütyun” partiyası uydurma və yalan “erməni soyqırımı” na görə, Tələt Paşa kimi onun da qətlə yetirilməsi barədə hökm çıxarmışdı. Əfqanıstandakı səfirlikdə müşavir olan Camal Paşa geri qayıdarkən Tiflisdə “Daşnaksutyun” partiyasının üzvü tərəfindən qətlə yetirilmişdir.

ErmənilərinNemesis terroru nəticəsində 25 iyul 1922-ci il Tiflis, Osmanlı İmperatorluğununhərbi dəniz qüvvələrinin keçmiş naziri Camal Paşa qətlə yetirilir. Qətli Petros Ter-Poqasyan və Artaşes Qevorqyan törədir,qətlin hazırlanmasında həmçinin Zare Melik-Şaxnazaryan və Stepan Tsaqikyan iştirak etmişdilər.

Said Halim Paşa

(19 fevral 1864,Qahirə - 5 dekabr 1921, Roma).

19 fevral 1864-cü il tarixində Qahirədə doğuldu. Misir Valisi Kavalalı Mehmet Ali Paşanın dörd oğlundan biri olan Mehmed Abdülhalim Paşanın oğludur. Said Halim Paşa, ilk və orta təhsilini Qahirədə aldı. Ərəbcə, farsca, ingilizcə və fransızca öyrəndi. Daha sonra İsveçrədə beş il siyasi bilgilər öyrənimi gördü.

1888-ci ildə Mir-Miran rütbəsi və Mecidi nişanı iləŞura-yı Devlet (Danıştay) üzvü oldu.1900-cu ildə Rumeli Bəylərəyi təyin edilərək payesi verildi.1908-ci ildə üzv olduğu Şura-yı Devlet üzvlüyündən çıxarıldı,ancaq bələdiyyə seçimlərində Yeniköy Bələdiyyə Dairəsi Rəisliyinə təyin edildi. Daha sonra Cəmiyet-i Umumiye-i Bələdiyyə İkinci Rəisi oldu.1908-ci ildə Ayan Məclisinə üzv seçildi.23 yanvar 1912- 23 iyul 1912 tarixində Şura-yı Devlet Rəisi oldu.

1912-ci ildə Rəislikdən çəkildi.Bu arada İttihad və Tərəqqi Cəmiyyətinin mərkəzi idari təşkilatına üzv seçildi. Mahmud Şevket Paşanın sədrəzəmliyi sırasında 1913-cü ildə İkinci dəfə Şura-yı Devlet Rəisliyinə və üç ün sonra Xarici işlər naziri oldu. Mahmud Şevket Paşanın 11 iyun 1913-cü ildə öldürülməsinin ardından, öncə vəzirlik rütbəsi verilərək Sədarət Kaymakamlığına, ertəsi gün də (12 iyun 1913) Sədrəzəmlikə (Başbakanlık)gətiridi.

1913-cü ilin sentyabrında, Bolqarıstanla Edirnenin Osmanlı Dövlətinə qalması və Meriç çayı sərhəd olmaq üzərə sülh müqaviləsi imzalanması səbəbi ilə Padşah tərəfindən İmtiyaz Nişanı ilə mükafatlandırıldı.

Osmanlı Dövləti 1914-cü ildə I Dünya Savaşına qatıldı.Almaniya səfiri Baron Wangenheim ilə Yenigöydə Said Halim Paşa Yalısında ittifaq anlaşmasınaimza edildi.1915-ci ildə Xarici İşlər Naziri vəzifəsindən, 3 fevral 1917-ci ildə Sədrəzəmlikdən çəkildi (yerinə Tələt Paşa keçdi).Said Halim Paşa Sultan V Mehmed Reşad (1909-1918) səltənətində 3 il 7 ay 22 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdı.

Mudros sülh müqaviləsinin imzalanmasından sonra erməni qırımında rol oynadığı suçlaması ilə 10 mart 1919-cu ildə həbs edildi və 28 may 1919-cu ildə öncə Limniyə ardından Maltaya sürüldü. Ankara hökumətinin ingilislərlə bağladığı 23 oktyabr 1921-ci il tarixli anlaşma gərəyincə sərbəst qaldığı 29 aprel 1921-ci ildə İtaliyanınpaytaxtıRomaya yerləşdi.

5 dekbr 1921-ci il axşamı araba ilə otelin qapısına gəldiyi sırada Arşavir Şirakyan adlı bir erməninin silahlı hücumuna məruz qalaraq həyatını itirdi. 5 dekabr 1921-ci ildə erməni terrorçuların növbəti Nemesis qətl əməliyyatı zamanı Osmanlı İmperiyasının keçmiş sədrəzəmi Said Hilmi Paşa qətlə yetirilmişdir. Qətli törədən Arşavir Şirakyanı həbs etmək mümkün olmur və o, İstanbula qayıdır.Bu qətlin təşkilatçıları arasında Ermənistanın Romadakı keçmiş səfiri Mikael Vartanyan və daha bir nəfər olur.

Ardı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla