AZ

Xaçmazda birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhidlə vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Elşad Qayımovla vida mərasimi keçirilir.
APA-nın Şimal bürosu xəbər verir ki, Qayımov Elşad Şirin oğlunun qalıqları ailəsinə təhvil verilib. Xaçmaz rayonunun Hacıqurbanoba kəndində şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimində şəhid Elşad Qayımovun ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhidin qalıqları Hacıqurbanoba kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Kərimbəyli kəndi istiqamətində itkin düşən Elşad Qayımovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Xaçmazda Xaçmazda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
4
apa.az

8Mənbələr