AZ

"Fənərbaxça" Uruqvay millisinin futbolçusunu istəyir

Super Liqa təmsilçisi “Fənərbaxça” Uruqvay millisinin və “Toluka”nın sol cinah oyunçusu Maksimilano Arauxonu heyətinə qata bilər.

Apasport.az xəbəb verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.

Son vaxtlar müntəzəm oynamaq şansı tapmaqda çətinlik çəkən uruqvaylı karyerasını Avropada davam etdirmək istəyir. 

Qeyd edək ki, futbolçu bu mövsüm iştirak etdiyi 34 matçda aktivinə 3 qol və 4 məhsuldar ötürmə yazdırıb. “Transfermarkt” portalı 24 yaşlı forvardın dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla