AZ

Çörəklərdən çıxan YAD CİSİMLƏR – Kimdir müqəssir? – ŞƏRH

Son zamanlar istehlakçılar arasında  çörəklə bağlı narazılıqlar artıb. Belə ki, satışda olan müxtəlif adlı, müxtəlif çeşidli və müxtəlif zavod istehsalı olan çörəklər dən alıcı şikayətləri daxil olur. Şikayətlərin bir qismi çörəklərin içindən çıxan yad cisimlər, predmetlər barəsindədir.

Məsələ ilə bağlı İnterpress.az-a açıqlamasında qida mütəxəssisi İlkin Şirinov maraqlı faktlar açıqlayıb.

O bildirib ki, çörək istehsalında ilk növbədə diqqət olunmalı, lakin riayət olunmayan məsələ unun düzgün şərtlərlə saxlanılmasıdır.

“Çörək istehsalında diqqət olunası məsələlərdən birincisi, çörək bişirilən sexlərdə unun saxlanılması qaydasına əməl olunmasıdır. Əgər un saxlanılan anbarlarda rütubətlilik normadan artıq olarsa və un kisələri birbaşa döşəməyə yığılarsa, kisələrdə bərkimiş kütlə əmələ gələr.

Çörək sexlərində unun xüsusi ələklərdən keçirilməməsi həmin bərkimiş kütlənin bişmiş çörəyin içində qalmasına səbəb olur. Bu isə istehlakçılarda haqlı narazılıqlar yaradır.

Digər problemli məsələlərdən biri isə çörək sexlərində istehsalat və gigiyenik qaydalara əməl olunmaması ilə nəticələnən neqativ  hallardır.

Belə ki, çörək bişirilən xəmir qablarının təmiz saxlanılmaması və işçilərin xüsusi geyimlərlə təmin olunmaması çörək istehsalında neqativ hallara gətirib çıxarır”, – ekspert bidirib.

İlkin Şirinov çörəyin ma\azalara daşınması məsələsinə də toxunub.

“Çörəyin daşınma qaydalarında heç bir nəzarət olmadığından, işbazlar sözün əsl mənasında ürəkləri istədiyi kimi hərəkət edirlər.

Fəaliyyət göstərən marketlərin anbarlarında kiçik bir monitorinq aparmaq bunu sübut etməyə kifayət edir.

Marketlərin anbarlarına sexlərdən gələn çörəklər heç bir gigiyenik qaydaya əməl olunmadan çatdırılır.

Qida daşınması qaydalarına uyğun olmayan avtomobillərin yük yerlərində daşınan çörəklər istehlakçılarda haqlı narazılıqlar yaradır”, – mütəxəssis vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla