AZ

Deputatdan sərt qınaq: “Almaniyalı deputat Frans Şvabenin Azərbaycanın AŞPA-ya geri yolunun olmadığına dair fikri siyasi tərbiyəsizlikir”

Deputat Tahir Rzayev Milli Məclisin mayın 7-də keçirilən iclasında, “Almaniyalı deputat Frans Şvabenin Azərbaycanın AŞPA-ya geri yolunun olmadığına dair fikri siyasi tərbiyəsizlikdir”, sözləri ilə iradını bildirib.  

O bildirib ki, Azərbaycanı insan haqları adı ilə hədəf alan qüvvələr başqa ölkələrdə baş verənləri görməzlikdən gəlirlər:

“Onun kimi əqidəsiz deputatlar AŞPA-da xalqımıza, Türk dünyasına qarşı əsl mənəvi terror həyata keçirirlər. Sözdə insan haqlarından danışanlar əməldə bunun əksinə hərəkət edir, insanların taleyini pula satırlar. Bu təşkilatlar hazırda bir mərkəzdən idarə olunurlar. ABŞ öz hesabatlarında saxta faktlara əsaslanır. AŞPA da böhtan xaraketli hesabatlar qəbul edir.

Fransa Prezidenti Emmanuel Makron sayıqlamaları ilə gündəmə gəlir. Azərbaycanda insan hüquqlarına, qanunun aliliyinə dair fikirlər söyləyənlər, Fransada müsəlman uşaqların məktəblərə buraxılmamasını, ABŞ-da aksiyaların şiddətlə dağıdılmasını görməzlikdən gəlirlər. Bəzi beynəlxalq təşkilatlar sülhə, demokratiyaya müharibə elan edirlər”.

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla