AZ

İlkay “Barselona”da xoşbəxt deyil

İlkay Gündoğan “Barselona”dan ayrılmaq istəyir. İspaniyada xoşbəxt olmayan yarımmüdafiəçi Bundesliqaya qayıtmaq arzusundadır.

Futbolinfo.az xəbər verir ki, “Atletiko” da Almaniya millisinin üzvünün xidmətində maraqlıdır. Amma türk əsilli oyunçu “Bayern”i arzulayır. Münhenlilərin onun üçün 33 yaşında olması üzündən tələb olunan 19 milyon avronu ödəmək niyyəti yoxdur. Amma “Barselona” güzəştə gedərsə, transfer mümkündür.

Bundesliqada “Nürnberq” və Dortmund “Borussiya”sının formasını geymiş İlkay, 7 il şərəfini qoruduğu “Mançester Siti”dən ötən yay azad agent kimi ayrılmışdı. Onun “Barselona” ilə müqaviləsi növbəti mövsümün sonunda bitəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla