AZ

5 şagirdimiz Azərbaycanı beynəlxalq iqtisadiyyat müsabiqəsində təmsil edəcək

Iqtisadiyyat Müsabiqəsinin Regional turunun qalibləri müəyyən olunub. Bu turun Azərbaycan və rus dillərində imtahan verən qalibləri top 10 siyahısına öz adlarını yazdırmaq üçün 11 may tarixində Bakıda növbəti milli turda yazılı imtahan verərək yarışacaqlar. Top 10 siyahısına öz adını yazdırmağı bacaran şagirdlər elektron hədiyyələr ilə təltif olunacaqlar.

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, ingilis dilində imtahan verən şagirdlər isə Yunanıstanın Afina şəhərində keçiriləcək beynəlxalq turda iştirak etmək üçün 11 mayda yazılı imtahan və 14 mayda olacaq intervyu mərhələlərində iştirak etməlidirlər: "Yazılı və intervyu mərhələlərini uğurla keçən 5 şagird bu ilin sentyabrında Yunanıstanda təşkil ediləcək beynəlxalq turda iştirak etmək üçün seçiləcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla