AZ

Litvada prezident seçkiləri və referendum üçün erkən səsvermə başlayıb

Litvada mayın 12-nə təyin edilmiş prezident seçkiləri üçün erkən səsvermə başlayıb. Eyni zamanda, vətəndaşlar ikili vətəndaşlıq institutunun tətbiqi ilə bağlı referendumda erkən səs verirlər. Bu barədə Vətəninfo.az TASS agentliyinə istinadən xəbər verir .

Erkən səsvermə bu və ya digər səbəbdən gələn bazar günü seçki məntəqələrinə gələ bilməyənlər tərəfindən həyata keçirilir. Səsvermənin bu mərhələsi üç gün ərzində keçirilir.

Dövlət başçısı vəzifəsinə 8 namizəd mübarizə aparır. Ekspertlərin fikrincə və rəy sorğularına görə, prezident seçkiləri kampaniyasının favoritləri ikinci müddətə namizədliyini irəli sürən hazırkı prezident Gitanas Nauseda, baş nazir İnqrida Şimonite və müstəqil namizəd hüquqşünas İqnas Vegeledir.

Litva Respublikasının başçısı birbaşa gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Namizədlərin ən azı 40 yaşı, Litva mənşəli olması və ən azı son üç il ərzində ölkədə yaşamış olması tələbləri var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla