AZ

Azərbaycanın idman tarixində ilk - Bodibildinqçilərimiz Vətənə qayıdıb

İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq Avropa çempionu olan Pərviz Qasımov və komandanın digər üzvləri - Emin Çaqayev və Şükran Soltanov gecə saatlarında Vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, idmançıların yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qızıl medal qazanan Pərviz Qasımovun sözlərinə görə, Azərbaycan komandası ilk dəfə olaraq Avropa ölkələri arasında 153 xalla birinci yerə çıxıb.

Qeyd edək ki, Bodibildinq yarışında ölkəmizi təmsil edənlər arasında Rauf Əliyev də yer alıb. İdmançımız I yeri qazanaraq Avropa və Overall çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla