AZ

Rusiya Krım körpüsündən silah daşımır – Ukraynanın zərbələri hədəfə çatıb

Dəfələrlə edilən hücumlardan sonra Rusiya Krım körpüsündən Ukraynadakı qoşunlarını təchiz etmək üçün istifadə etmir.

“AzPolitika” xəbər verir ki, bu barədə Britaniyada nəşr olunan “The Independent” qəzeti yazıb.

“Molfar” məlumat agentliyinin təhlil etdiyi və təqdim etdiyi peyk görüntüləri göstərir ki, son üç ayda Krım körpüsündə hərbi texnika ilə yüklənmiş bir dənə də qatar keçməyib. Bu müddət ərzində körpüdən 55 vaqon yanacaq daşıyan cəmi bir qatar keçib ki, bu da fevralın 29-da görüntülənib.

Rusiya 2023-cü ilin iyulunda həyata keçirdiyi son böyük hücumdan sonra Krım körpüsündən istifadəni əhəmiyyətli dərəcədə azaldıb. Əvvəllər Ukrayna Təhlükəsizlik xidmətinin rəhbəri Vasili Malyuk bildirmişdi ki, hər gün körpünün üstündən silahla dolu 40-dan çox qatar keçirdi. İndi, o, iddia edir ki, körpüdən gündə dörd sərnişin və bir yük qatarı hərəkət edir.

“Molfar”ın məlumatlarına görə, Rusiya indi qoşunları təchiz etmək üçün körpü əvəzinə Ukraynanın işğal olunmuş ərazilərindən keçən yeni dəmir yolu xətlərindən istifadə edir. Agentliyin rəhbəri Artem Starosek təklif edib ki, resursları Krım körpüsündə israf etməmək, qeyd olunan quru yollarını hədəfə almaq Ukrayna üçün daha sərfəlidir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla