AZ

“Bu il ÜDM-in 84.2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır“ - DEPUTAT ŞƏRH EDİLDİ

“Azərbaycanın makro-iqtisadi göstəriciləri artım tempi ilə yüksəlir. Bu dövlət başçısının iqtisadi siyasətinin tamamilə düzgün, proqmatik və realistik olduğunu göstərir. Təbiidir ki, biz daha çox kiçik və orta sahibkarlığın inkişafına önəm veririk. Ən əsas məqam isə odur ki, inkişaf etmiş ölkələrdə, o cümlədən Yaponiya, Amerikada Ümumi Daxili Məhsulda (ÜDM) kiçik və orta sahibkarlığın payı 55 faizi keçir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, hətta bu rəqəm turizm ölkələrində 65 faiz təşkil edir: “Biz də ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verir və bu istiqamətdə lazımi addımlar atırıq.

Hazırda iqtisadi sahədə aparılan siyasət nəticəsində işsizlik faizi aşağı düşür və daha çox insan işlə təmin olunur. Yaşıl enerji, iqtisadiyyatın inkişafı da hazırda mühüm rola sahibdir.
Həmçinin hazırda qeyri-neft, qeyri-qaz sektorunun həcmini artırır və ixracında maraqlıyıq. Azərbaycanda satılan qida və kənd təsərrüfatı məhsullarının təxminən 85 faizini ölkəmizdə istehsal edə bilərik.

Qeyd edim ki, 2024-cü ildə ölkədə ÜDM-in real ifadədə 2.4 faiz artaraq 118.4 milyard manat, o cümlədən qeyri-neft (qaz) ÜDM-in real ifadədə 4.6 faiz artaraq 84.2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Təbii ki, bu göstəricilər də olduqca yaxşıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla