AZ

Əfqanıstanın hava dəhlizləri ilə ümumi ixracı illik müqayisədə azalıb - » AzadMedia.az



Əfqanıstanın müvəqqəti hökuməti bir il ərzində hava dəhlizləri ilə 145 milyon dollar dəyərində kommersiya malları ixrac edib.

Azadmedia.az xəbər verir ki, bu barədə Əfqanıstan Ticarət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkə aerodromu vasitəsilə ixrac 247 ton təşkil edib. Əsas ixrac məhsullarına zəfəran, quru və təzə meyvələr, noxud, qiymətli daşlar, paltar, xalça və mətbəx əşyaları daxildir. Əfqanıstan məhsulları əsasən hava yolu ilə Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran, Özbəkistan, Almaniya və Kanadaya göndərilib.

Həmçinin Nazirliyin məlumatına görə, Əfqanıstanın ümumi ixracı illik müqayisədə 6 faiz azalaraq 1,81 milyard dollara enib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
Mənbələr
Şərh ()
Bağla