AZ

Bu şəxslər 12 min manat cərimə ediləcək

Bakı. Trend:

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyətiilə məşğul olmaya görə cərimə müəyyənləşir.

Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinətəklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, “Tütün və tütün məmulatları haqqında”qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütünməmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə vəzifəlişəxslər 5000 manatdan 7000 manatadək, hüquqi şəxslər 10000 manatdan12000 manatadək məbləğdə cərimə ediləcəklər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
34
Mənbələr
Şərh ()
Bağla