AZ

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan ilə Laos BMT və Qoşulmama Hərəkatı çərçivəsində yaxın əməkdaşlıq əlaqələrinə malikdirlər. Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Laos nümayəndə heyətinin rəhbəri, Xarici İşlər Nazirliyinin departament direktoru Daovi Vonqsay deyib.

O bildirib ki, Laos da BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) proqramının iştirakçısıdır və həyata keçirilən işlərdə Azərbaycanın təcrübəsini tətbiq etmək niyyətindədir.

Onun sözlərinə görə, nümayəndə heyəti Azərbaycanda Könüllü Milli Hesabatın hazırlanması üçün keçirilən tvininq layihələrində iştirak edəcək və Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq layihələrin reallaşması üçün atdığı addımlar maraq doğurur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla