AZ

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Bakı, 7 may, AZƏRTAC

"Mayın 30-da məşqlərə start vermişik. Hazırda komandada vəziyyət yaxşıdır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Qızıl Avropa Liqası üçün hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Aynur İmanova deyib.

O, təcrübəli oyunçuların toplanışa cəlb olunan gənc voleybolçulara dəstək verdiklərini bildirib: "Yığma qısa zamanda toplandı. Həyətdə olan gənc voleybolçularımız perspektivlidir. İnanıram ki, Xorvatiyaya qarşı ilk görüşdə layiqli mübarizə aparacağıq. Komandama güvənirəm".

Faiq Qarayev rəhbərlik etdiyi kollektiv mayın 9-da hazırlığın ikinci mərhələsi üçün Sloveniyaya yola düşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasındakı ilk görüşünü mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla