AZ

Fitso: Slovakiya Azərbaycanla Avropa arasında körpü olmağa hazırdır

Biz Azərbaycanla Avropa arasında körpü olmağa hazırıq.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata birgə bəyanatında bildirib.

Robert Fitso deyib ki, Azərbaycanda vəziyyəti maksimum obyektiv işıqlandırmalıdır.

O, qeyd edib ki, Azərbaycanla Slovakiya arasında mal dövriyyəsi azdır. Robert Fitso deyib ki, ancaq bu dövriyyənin artırılmasına heç bir mane yoxudur:

“Ticarət dövriyyəsi 70 milyon avrodan bir qədər çoxdur. Biz əməkdaşlığımızı genişləndirməliyik. Güclü Prezident və güclü Baş nazir varsa, biz bir neçə layihəni uğurla həyata keçirə bilərik.”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla