AZ

Dünya çempionları birgə oynayacaqlar?

Lionel Messi bundan sonra klubda da Anxel Di Mariya ilə birgə oynaya bilər.

“İnter Mayami” rəhbərliyi Argentina yığmasının daha bir təcrübəli oyunçusunun xidmətində maraqlıdı.
“İnter Mayami” “Benfika”nın yarımmüdafiəçisini heyətinə qatmaq istəyir.
Bu barədə TN məlumat yayıb. ABŞ klubu hazırda 36 yaşlı futbolçu ilə danışıq aparır. Bu da var ki, “Benfika” rəhbərliyi də Di Mariya ilə müqaviləni yeniləmək üçün təmas qurub. Dünya çempionu olan futbolçuya başqa klublardan da təkliflər gəlib.
TN-in məlumatında Anxelin “İnter Mayami”yə keçməyə daha müsbət yanaşdığı bildirilir. Lakin tərəflər hələ ki razılıq əldə etməyiblər.

Qeyd edək ki, “İnter Mayami”nin ulduz futbolçusu Messinin “Barselona”dan olan keçmiş komanda yoldaşı Luis Suares də MLS təmsilçisinin formasını geyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla