AZ

Puqaçova İsraildəki malikanəsini nümayiş etdirib - FOTO

Rus estradasının primadonnası Alla Puqaçovanın İsraildəki malikanısni nümayiş etdirib. Bu Qryazidəki qala ilə müqayisədə sadəcə kiçik bir evdir.

Herbiand.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Alla Puqaçovanın ailəsi bütün dünyada daşınmaz əmlaka sahibdir. Lakin onlar ailəlikcə Rusiyanı tərk edəndə seçimi İsrailə etdilər. Ehtimal olunur ki, bu seçim divanın həyat yoldaşının tarixi kökləri ilə bağlıdır.

Məlumatda bildirilir ki, malikanənin hündür tavanları, nadir rəsmləri və nadir mebelləri olmamasına baxmayaraq, Alla Borisovna kimi dəbdəbəyə öyrəşmiş bir insanın yaşaması üçün olduqca uyğundur.

Qeyd olunur ki, ailə evi təmir etdirməyib. Onlar qohumların seçdiyi interyerdə yaşayırlar.

Məlumata görə, Puqaçova burada yaşamağından çox məmnundur. Və yeni mənzil axtarmaq fikrində deyil.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla