AZ

“Sərhəd sütunları Emənistanın təhlükəsizlik zəmanətlərinin sütunlarıdır”- PAŞİNYAN

“Biz bu sütunların çoxalması və gücləndirilməsi istiqamətində hər şeyi edəcəyik”.

Vətəninfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildiirb.
Baş nazir mətbuat konfransında qeyd edib ki, Tavuşda sərhəd zastavaları qanuni əsaslarla yerləşdirilir.
Paşinyan vurğulayıb ki, demarkasiya SSRİ-nin qanuni qüvvəyə malik ən son xəritələri əsasında həyata keçirilir.
“Oh, bu xəritədə var deməkdən çəkinirik, çünki biz özümüzü konkret xəritə ilə məhdudlaşdırmaq istəmirik, lakin Ermənistanın sərhəd perimetrinin tam demarkasiyası üçün hüquqi bazanı təmin etmək bizim üçün vacibdir”. Baş nazir deyib ki, bu prosesin bir məqsədi var: müharibəni mənasızlaşdırmaq, onun baş verməsi üçün əsasdan məhrum etmək : ” Hazırda işin 90 faizi görülüb və biz irəlilədikcə müharibənin məntiqsizləşdiyinə əminik”. Paşiniyanın sözlrinə görə, bu Ermənistanın tarixində ilk dəfədir ki, ölkə suveren qərarlarla sülh gündəmi yarada bilir.

Vətəninfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla