AZ

“Rusiya bütün ölkələrlə bu şərtlə dialoqa hazırdır”

“Rusiya xalqının maraqları və təhlükəsizliyi mənim üçün hər şeydən üstün olacaq”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin inauqurasiya mərasimində deyib.

“Rusiyanın özü və yalnız özü müqəddəratını təyin edəcək. Seçkilərdə Rusiya vətəndaşları ölkənin kursunun düzgünlüyünü təsdiqlədilər. Eyni zamanda, Rusiya bütün ölkələrlə yaxşı münasibətləri gücləndirməyə hazırdır, təhlükəsizlik və strateji sabitlik üzrə dialoqa hazırdır, lakin yalnız bərabər şərtlərlə. Gələcək onilliklər ərzində Rusiyanın inkişafında etibarlı davamlılığı təmin etmək lazımdır”, - Putin əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla