AZ

"Ümummilli Lider sözün əsl mənasında hərtərəfli bir şəxsiyyət idi" - BƏHRUZ QULİYEV

“Ulu Öndər Heydər Əliyev haqqında danışmaq olduqca məsuliyyətlidir. Heydər Əliyevin əzəməti illər keçdikcə daha da dəqiq və dərindən görünür”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, Ümummilli Lider sözün əsl mənasında hərtərəfli bir şəxsiyyət idi: “Mən jurnalist olaraq uzun müddət Heydər Əliyevi səfərlərində müşaiyət etmişəm. Bu səbəbdən də onu daha yaxından tanımaq şansım olub. Heydər Əliyevin dövlətçilik siyasətində gördüyü işlərlə yanaşı, onun əl hərəkətləri, jestləri də örnək idi. Ulu Öndər səfərləri zamanı məmurlardan, nazirlərdən deyil də, əsasən jurnalistlərdən məlumat almağa üstünlük verirdi. Bu da Heydər Əliyevin jurnalistlərə verdiyi diqqətin göstəricilərindən biri idi. O, birbaşa olaraq real vəziyyəti öyrənir, ictimaiyyətdə nə baş verdiyini dəqiq bilir, problemlərin həlli üçün lazımi addımları atırdı.

Ulu Öndər hər sözü ilə dərs verirdi. Heydər Əliyev haqqında, onun idarəçilik siyasətini öyrəndikçə hər dəfə yeni nəsə kəşf edirsən. Ümummilli Lider o qədər zəngin insandır ki, biz hələ uzun illər də onun işlərini, fəaliyyətini öyrənməyə davam edəcəyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla