AZ

Psixoloq: “Əziz kişilər, gözlərinizi ağrıyana qədər açın, evlilik müqaviləsi ölkəmizə gəlməlidir”

““El gözünə ərə get” strategiyası artıq bir neçə ildir ki, ölkəmizdədir. Bir çox qadınlar evliliyə bu gözlə baxmağa başlayıblar. “Ərə gedib, bir uşaq doğaram...” Yoldan keçəndən nikahdankənar doğmaq istəmir. “Ərə gedərəm, təmtəraqlı toy edərəm, adım da “yaxşı” çıxar...” Uşaq dünyaya gələnə qədər, uşaq dünyaya gəldikdən, təxminən, yarım ildən il yarıma qədər gözləyirlər. Yəni bir az da böyüməlidir ki, əziyyəti çox olmasın. Uşaq bir az böyüyənə qədər səbir edirlər. Bir çox boşanmış, başına iş gəlmiş kişilər bilir ki, nədən danışıram”.

 

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış psixoloq Nizami Orucov deyib. 

 

“Sonra da görürsən ki, qadın 180 dərəcə dəyişdi. O narazılıq, bu narazılıq, nəticədə ailə dağıldı, uşaq atasız, ata uşaqsız qaldı... “Qadın ərsiz” demirəm, onsuz da onun başqa məqsədləri var idi. Qaldı aliment. Üstəlik, “kişinin evindən, maşınından nə qoparılırsa, min bərəkət” deyib, gözəl bir oyun açırlar. Ona görə əziz kişilər, gözlərinizi açın, gözlərinizi ağrıyana qədər açın. Evlilik müqaviləsi ölkəmizə gəlməlidir. İlk növbədə, kişiləri və övladları qoruya bilmək üçün. Yoxsa, bax, bu şəkildə boşanırlar və sonra...” 

 

Aytəkin Qardaşova 

Tarix: 7 May 2024, 13:13   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla