AZ

Elmi konfrans: "Yaşıl dünyamızı yaşadaq!"

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində "Yaşıl dünyamızı yaşadaq!" mövzusunda elmi konfrans keçirilib.
 
Kollecdən Aztibb.az-a bildirilib ki, konfransda "Gigiyena" fənn birləşmə komissiyasının müəllimləri dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən danışıblar. Çıxışlarda bu sahəyə diqqətin artırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində müvafiq işlərin görülməsi, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin əhəmiyyəti qeyd edilib.
 
Sonda maarifləndirici tanıtım materialları iştirakçıların diqqətinə çatdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla