AZ

"Mən burada çox xoşbəxtəm" - Van Deyk

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mövsümün sonunda baş məşqçi Yurgen Kloppun gedişindən sonra klubdakı gələcəyi haqda danışıb.

Offsideplus.az xəbər verir ki, bu barədə o, BBC-yə açıqlama verib:

“Qarşıda keçid dövrü var və mən də onun bir hissəsi olacağam. Düşünürəm ki, klub kimin yeni baş məşqçi olacağına diqqət yetirib və hazırda əsas məsələ budur. Dediyim kimi, mən burada çox xoşbəxtəm, bu klubu sevirəm və siz bunu görürsünüz.

O, artıq həyatımın böyük bir hissəsinə çevrilib, bunu deyə bilərəm. Dəyişikliklər çox olacaq və bunun üçün qorxulu söz deməzdim. Əksinə, baş verəcəklər çox maraqlı və həyəcanvericidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla