AZ

“Aİ-də Putinin inauqurasiyası ilə bağlı parçalanma yaranıb”- “Spiegel”

Avropa İttifaqında Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində Avropa ölkələrinin nümayəndələrinin iştirakı məsələsi ilə bağlı fikir ayrılığı yaranıb.

Azpost.info xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri yazır.

Belə ki, bəzi ölkələr mərasimə öz nümayəndələrini göndərmək niyyətindədir, bəziləri isə buna qəti şəkildə qarşıdır.

Mərasimə öz nümayəndələrini göndərməyi planlaşdıran ölkələr arasında Fransa, Macarıstan və Slovakiya da var.

“Bu ölkələr kommunikasiya kanallarını açıq saxlamaq niyyətindədirlər. Eyni zamanda, Almaniya və Aİ-nin bir sıra digər ölkələri Moskva ilə münasibətlərinin çətin olması səbəbindən inauqurasiyada öz nümayəndələrinin iştirakını yersiz hesab edirlər. Hazırda Aİ daxilində Rusiya prezidentinin beşinci səlahiyyət müddətinin başlanması ilə bağlı mərasimə dəvətlərin necə düzgün idarə olunması ilə bağlı ciddi fikir ayrılıqları var.”, – nəşr qeyd edir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla