AZ

“Ulu Öndərin qoyduğu təməllər bu gün də öz müsbət nəticələrini göstərir” - SƏDR

“Ulu Öndər dünyaya gələn nadir şəxsiyyətlərdəndir ki, hər zaman ölkəsinin inkişafı üçün çalışıb. Hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi islahatlar, zavod-fabriklərin inşası, mədəniyyyətin inkişafı, təhsil müəssisələrinin açılması onun necə böyük bir lider olduğunu və bütün sahələrə eyni formada diqqətini göstərir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı YAP Pirallahı rayon təşkilatının sədri Emil Abbasov deyib.

O bildirib ki, Azərbaycan dövləti möhkəm təməllər əsasında qurulub və bunun müsbət nəticələrini bu gün də görürük: “Ulu Öndər Azərbaycanda hüququn da əsasını qoydu. Ölkəmizdə yaşayan hər bir insanın hüquqları böyük bir təminat altındadır. Bu da məhz Ümummilli Liderin səyləri nəticəsində mümkün oldu. Heydər Əliyev sıfırdan dövlət qurmağı nümayiş etdirdi. Onun qoyduğu təməllər bu gün də öz müsbət nəticələrini göstərir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla