AZ

Edin Terziç: “Lazım gəlsə, daha 20 kilometr qaçacağıq”

Dortmund “Borussiya”sının baş məşqçisi Edir Terziç Çempionlar Liqasının yarımfinal mərhələsinin PSJ ilə cavab oyunu haqda danışıb.

Arena.az xatırladır ki, Dortmunda keçirilmiş ilk oyunda “Borussiya” Fransa nəhəngini 1:0 hesabı ilə məğlub edib.

“PSJ-yə qarşı tam fərqli surətdə oynaya biləcəyimizi göstərdik. Hər şeydən əvvəl, fəallıqda. Uğurun bir hissəsi bu fəallığı meydana çıxarmaq oldu. Lazım gələrsə, daha 20 kilometr də qaçacağıq. Londona gedən yolun son pilləsinə yanaşma ondan ibarətdir ki, böyük bir məqama nail olmaq istəyiriksə, hörmət, mətinlik, cəsarət və sevinc nümayiş etdirməliyik.

Onların bir məqsədi var, bizim – böyük arzumuz. Biz həmçinin oyunumuzu yaxşılaşdırmalıyıq. Səbəb? Daha yaxşı etməli olduğumuz çox şey var, əks halda onlar bunu daha yaxşı edəcəklər”, – “Borussiya”nın rəsmi saytı Terziçin qarşıdakı oyun haqda fikirlərini sitat gətirir.

PSJ cavab oyunu çərçivəsində “Borussiya”nı bu gün – mayın 7-də Parisin “Park de Prens” stadionunda qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla