AZ

Fələstinlilər yenidən təhlükəsiz bölgə axtarır

Misir və Qəzza arasındakı Rəfah Sərhəd Qapısının media direktoru Vail Əbu Muhsin AA-ya açıqlama verib.

Əbu Muhsin bildirib ki, İsrail hərbi maşınlarının bölgəyə gəlməsi ilə eyni vaxtda Rəfah Sərhəd Qapısında səyahət hərəkətləri və humanitar yardım keçidləri tamamilə dayandırılıb.

Turkustan.az xəbər verir ki, İsrail ordusu Rəfah bölgəsinə qurudan hücum edərək, Qəzzanın Misirə açılan sərhəd qapısının Fələstin tərəfini ələ keçirdiyini açıqlayıb.

Ordudan verilən açıqlamada 162-ci Diviziya və 401-ci Zirehli Briqadanın Rəfahın şərqindəki ordu birliklərinə dəstək verdiyi, Qəzzanın Misirə açılan Rəfah Sərhəd Qapısı üzərində nəzarətin ələ keçirildiyi bildirilib.

Bundan sonra Fələstin vətəndaşları yenidən köç etməyə başlayıblar.

Qəzza zolağının cənubunda yerləşən Rəfahın şərqindəki fələstinlilər yerlərini tərk edərək təhlükəsiz hesab etdikləri ərazilərə köç etməyə başlayıblar.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla