AZ

İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO

İranın Lorestan əyalətində yerləşən “Borucerd” toxuculuq fabrikinin işçiləri maaşlarının verilməməsinə etiraz edərək aksiya keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, işçilərdən biri altıaylıq maaşını ala bilmədiyinə və dolanışıq probleminə etiraz olaraq fabrikin damına çıxaraq özünü atmaqla hədələyib.

Qeyd olunub ki, çarəsiz işçi özünə xəsarət yetirmədən xilas edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
Mənbələr
Şərh ()
Bağla