AZ

Paşinyan: “Ermənistanın milli təhlükəsizlik strategiyası dəyişdirilməlidir”

Ermənistanın milli təhlükəsizlik strategiyasına yenidən baxmaq lazımdır və bu proses artıq işçi səviyyəsində başlayıb.
Sosial.tv yerli mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bugün keçirdiyi mətbuat konfransında danışıb.
“Davam edən proseslər bizi belə bir qənaətə gətirib ki, Ermənistanın inkişaf strategiyasına yenidən baxılmalıdır. Bu baxımdan hesab edirəm ki, milli təhlükəsizlik strategiyasına yenidən baxılmalıdır və artıq işçi səviyyəsində bu baxış prosesi başlayıb”.
Paşinyanın sözlərinə görə, Ermənistanın təhlükəsizliyini xarici əlaqələrin şaxələndirilməsi, ordu islahatları, hərtərəfli müdafiə və təhlükəsizlik sisteminin tətbiqi ilə təmin etmək olar. Baş nazir vurğulayıb ki, Ermənistan Respublikasının əsas məqsədi tarixi ədalətə və milli gündəmlərə xidmət etmək deyil, ölkə vətəndaşlarının azadlıqlarını, xoşbəxtliyini və rifahını təmin etmək olmalıdır.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
Mənbələr
Şərh ()
Bağla