AZ

ABŞ Cheyenne superkompüterini hərraca çıxarıb

ABŞ hökuməti Vayominq ştatının Çeyen şəhərində yerləşən və istismardan çıxarılan Cheyenne superkompüterinin satışı üçün hərrac elan edib.  5,34 petaflops məhsuldarlığa malik superkompüter 2016-cı ildə quraşdırıldığı zaman dünyada ən güclü 20-ci olub.

Herbiand.az bildirir ki, bu barədə “Arstechnica” xəbər verib. 

Hərrac 2500 dollardan başlayıb. Lakin hazırda kompüterin qiyməti 480 085 dollara çatıb.

Superkompüter NCAR-Wyoming mərkəzində 2017-ci il yanvarın 12-dən 2023-cü il dekabrın 31-dək rəsmi olaraq fəaliyyət göstərib. Texnika Yer atmosferi ilə bağlı tədqiqatları inkişaf etdirmək üçün ən enerjiyə qənaət edən kompüter sistemlərindən biri hesab olunurdu.

“Superkompüter təhsildə əsas rol oynayıb. 80-dən çox universitet kurslarını və akademik tapşırıqları dəstəkləyib. Cheyenne ilə aparılan tədqiqatlar 4500-dən çox nəşrin, dissertasiyanın və digər işlərin əsasını təşkil edib”, - Universitetin Atmosfer Tədqiqatları Korporasiyası qeyd edib. 

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla