AZ

Karateçimiz ana olur

Azərbaycan millisinin karateçisi İrina Zaretska ana olacaq.

Msport.az xəbər verir ki, 28 yaşlı idmançı bu barədə instaqram hesabında paylaşım edib.

Ukraynaəsilli karateçi həyat yoldaşı ilə birlikdə videosunu paylaşım və bu sözləri yazıb: “Biz bir-birimizi çox sevirik. Ona görə bu sevgini daha biri ilə bölüşməyə qərar verdik”.

Qeyd edək ki, İrina Zaretska 2021-ci ildə Tokiodakı Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
msport.az

1Mənbələr