AZ

Azərbaycada bu məhsulun istehsalı 68% artıb

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 167 min ton kabramid istehsal olunub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67 min 714 ton və ya 68,2 faiz çoxdur. Ötən ilin birinci rübündə Azərbaycanda istehsal olunan kabramidin miqdarı 99 min 286 ton olub.

Qeyd edək ki, 2024-cü ilin aprelin 1-i vəziyyətinə ölkədə kabramid ehtiyatının miqdarı 44,7 min tondur.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla