AZ

Luis Enrike: “Məqsədimiz finala çıxmaqdır”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinal mərhələsinin Dortmund “Borussiya”sı ilə cavab oyunu haqda danışıb.

Arena.az xatırladır ki, Dortmunda keçirilmiş ilk oyunda “Borussiya” Fransa nəhəngini 1:0 hesabı ilə məğlub edib.

“Məşqçi liderdir və o, öz oyunçularında güvən yaratmalıdır. Buna nail olmaq üçün hər gün çalışıram. Fikrim ilk oyundakı kimi oynamaqdır və biz zehniyyətimizi heç dəyişmək fikrində deyilik. Məqsədimiz finala çıxmaqdır və bunu etmək üçün Dortmund kimi böyük komandadan daha yaxşı olmalıyıq. Təkmilləşdirmə üçün həmişə əsas var və biz bunun üzərində işləmişik. Üç saniyə ərzində iki qol vurmaq olar, amma biz bu müddətdə iki qol da buraxa bilərik”, – UEFA-nın rəsmi saytı ispan mütəxəssisin oyun haqda fikirlərini sitat gətirir.

PSJ cavab oyunu çərçivəsində “Borussiya”nı bu gün – mayın 7-də Parisin “Park de Prens” stadionunda qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
arena.az

1Mənbələr