AZ

Atatürkün orijinal tarixi portreti

Türkiyədə sinif divarlarında və dərsliklərin ilk səhifələrində olan Atatürkün tarixi portreti qorunmaq üçün Milli Təhsil Nazirliyinin (MEB) inventarına salınıb. Portretin 19 May Atatürkü Anma, Gənclik və İdman Günündə sərgilənməsi planlaşdırılır.


News24.az xəbər verir ki, açıqlamaya görə, tarixi portret rəssam Şeref Sonel tərəfindən Atatürkün fotoşəkili əsasında akvarel boyama texnikasından istifadə edilərək çəkilib. Rəsmin arxasındakı “Atatürk Portret Hesabatı” adlı imzalı sənəd də bu əsərin dəyərini ortaya qoyur.


Rəssam Şeref Sonelin akvarel boyama texnikası ilə Atatürkün 75x95 ölçüsündə fotoşəkilini böyüdərək, bu günə qədər edilən bütün Atatürk tablolarından daha əhəmiyyətli və əvəzolunmaz bir əsər olduğu ifadə edilir.

Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkü ağıllarda ortaq dəyər edən tarixi fotoşəkilin əslinə uyğun olaraq çəkildiyini bildirən komissiya hesabatında aşağıdakı ifadələr də yer alır:


“Heyət üzvlərindən ibarət nümayəndə heyətimiz Atatürkün 30 il əvvəl rəssam Şeref Sonel tərəfindən çəkilmiş fotoşəkildən böyüdülmüş və rənglənmiş 75x95 ölçüdə portretini toplayaraq araşdırıb, bu nəticəyə gəlib: Bu rəsm tamamilə tarixidir, yəniUlu Atatürkün o dövrdəki vəziyyətini əslinə tam uyğundur.

İşlənmə tərzi baxımından bu günə qədər görülən Atatürk rəsmlərindən daha ifadəlidir. Bu portretdə Atatürkün iradəsini, gücünü, qətiyyətini, nəcibliyini, zəkasını, şirinliyini, böyük insanlığını görmək, eşitmək mümkündür. Portretdə istifadə olunan rənglər çox ahəngdardır və yaxşı qiymətləndirilir.

Nəticə: Bu əsər təkcə tarixi bir sərvət olaraq deyil, həm də əsl Atatürkü türk millətinə və sənətçilərinə göstərdiyi üçün əvəzolunmaz dəyərə malikdir. Ulu Əcdadımızın əzəmətinə yaraşan həssaslıqla təkrar istehsalı vacibdir".

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla