AZ

RFO-nun riyaziyyat fənni üzrə final turu keçirilib - FOTO

Mayın 7-də Respublika Fənn Olimpiadalarının (RFO) riyaziyyat fənni üzrə final turu keçirilib.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a xəbər verilib. 

 

Final turunu izləmək üçün Təhsil İnstitutu, Kapital Bankın rəsmiləri və media nümayəndələrinin iştirakı ilə olimpiadanın keçirildiyi məkana mediatur təşkil edilib.

 

İmtahan prosesini izləyən mediatur iştirakçılarına bildirilib ki, ümumilikdə 134 şagird olimpiadanın riyaziyyat fənni üzrə final mərhələsində yarışır. Nəticələr portal.edu.az platforması vasitəsilə elan ediləcək.

 

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir. Olimpiadanın təşkilində məqsəd istedadlı şagirdləri aşkar etmək, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən məktəbliləri qiymətləndirməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
4
Mənbələr
Şərh ()
Bağla