AZ

Konte əvvəlki iş yerinə qayıdacaq?

Antonio Konte “Çelsi”yə qayıda bilər. İngiltərə klubu komandanın keçmiş baş məşqçisinə təklif göndərib.

İtaliya mənbələrinin yaydığı xəbərə görə, London klubu son bir neçə gündə italyan mütəxəssislə sıx əlaqə saxlayıb. “Çelsi” rəhbərliyinin hazırkı baş məşqçi Maurisio Poçettinonun fəaliyyətindən razı qalmadığı vurğulanır. Xatırladaq ki, Konte “Çelsi”ni 2016-18-ci illərdə çalışdırıb. Komanda bu müddət ərzində İngiltərə premyer-liqasının və İngiltərə kubokunun qalibi olub.

İtaliyalı məşqçinin sonuncu iş yeri 2021-23-cü illərdə başçılıq etdiyi “Tottenhem” olub. “Çelsi” hazırda İngiltərə çempionatında 34 oyuna 51 xalla 8-ci yeri tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla