AZ

Regionlarımızın inkşafı üçün hansı işlər görülür? 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkəmizin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasınına imkan verib.  2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, regionların potensialını artırıb, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına, əhalini rifah halının yüksəlməsinə geniş imkanlar açmışdır. Hazırda bu imkanlardan çıxış edərək xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifah halının daha da yüksəldilməsi istiqamətlərində böyük və məqsədyönlü işlər aparılmaqdadır. 

Milli Məclisin deputatı Kamran Bayramov  "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, ölkəmizdə yüksək texnologiyalar tətbiqi vasitəsilə yenidənqurma, tikinti bərpa işləri həyata keçirilməkdədir: "İşğaldan azad olunmuş ərazilərlə yanaşı Azərbaycanın digər bölgələrinin də inkişafı dövlət başçısının hər zaman diqqət mərkəzindədir. Xatırlatmaq istərdim ki, bu ilin əvvəlindən cənab prezident tərəfindən şəhər və rayonlara səfərlər həyata keçirilib.  Həmin səfərlər çərçivəsində bir çox layihələrin reallaşdırılmasına imza atılıb. Lənkəranda ASAN regional mərkəzinin açılışı, penitensiar müəssisəsinin istifadəyə verilməsi, Neftçalada içməli su təchizatı sisteminin istifadəyə verilməsi, Hacıqabulda yol suvarma qurğuları kompleksinin təməlinin qoyulması, eyni zamanda Gəncədə ekoloji park kompleksinin, idman sarayının açılışı, yeni stadionun təməlinin qoyulması və s işlər həyata keçrilib". 

Bütün bu tədbirlər onu deməyə əsas verir ki, ölkə başçısının diqqətində olan regional siyasət bu gün də uğurla həyata keçirilir. 

Qeyd edək ki, bölgələrlə bağlı regional siyasət həyata keçirilsə də  müəyyən problemlər qalmaqdadır. 

Millət vəkili qeyd edir ki, bu problemlərə  məşğulluq, içməli su, qaz, elektrik enerjisi təchizatı məsələləri aiddir: "Təbii ki, həyata keçirilən tədbirlər nəticəsində bütün bu problemlər tədricən öz həllini tapmaqdadır. Sevindirici haldır ki, bütün bu işlər regional siyasətin həyata keçirilməsi, regionlarımızın sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində görülən işlərə cənab prezident birbaşa nəzarət edir, şəxsən iştirak edir və bu da onu deməyə əsas verir ki, bölgələrimizin inkişafı hər zaman dövlətimizin diqqət mərkəzində olacaq. Onu da qeyd edim ki, regionlarda olan problemlərin müəyyən edilməsi, təhlil edilməsi və qiymətləndirilməsi məqsədilə mərkəzi yerli icra hakimiyyəti rəhbərləri vətəndaş qəbulları həyata keçirirlər. Eyni zamanda yerli icra hakimiyyəti orqanları tərəfindən mütəmadi olaraq səyyar qəbullar həyata keçirilir ki, orada vətəndaşlarımızı narahat edən məsələlər dinlənilir, qiymətləndirilir, təhlillər aparılır və  həlli istiqamətində bir çox işlər görülür. Mən düşünürəm ki, bundan sonra da bizim ölkəmizdə regionların inkişafı dövlətin əsas istiqamətlərindən biri kimi qalacaqdır".

Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla