AZ

Rusiya XİN: "Makronun bəyanatlarını nə Fransa, nə də onun müttəfiqləri anlaya bilir"

"Hətta Fransanın müttəfiqləri də ölkə prezidenti Emmanuel Makronun bəyanatlarının mənasını anlaya bilmir".

"Operativ Media" xəbər verir ki, bunu Fransa səfirinin çağırışını şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Nə Fransa, nə də onun ən yaxın müttəfiqləri Makron və onun yaxın ətrafının, xüsusən də heç vaxt bu təşkilata mənsub olmayanların dediklərini başa düşə bilmir”, - Zaxarova deyib.

Onun sözlərinə görə, Fransanın Britaniya və Almaniyadakı müttəfiqləri tez-tez Fransa rəhbərliyinin nə demək istədiyini özlərinə izah etməyə çalışırlar, lakin cavab ala bilmirlər.

Makronun açıqlamalarını ziddiyyətli və son dərəcə təhqiramiz adlandıran diplomat Fransa səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasının səbəblərindən biri olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla