AZ

Bu Aİ ölkələri Putinin andiçmə mərasimində iştirak edəcəklər - "Reuters"

Avropa İttifaqının 20 üzvü Rusiya prezidenti Vladimir Putinin növbəti prezidentlik müddətinə andiçmə mərasimini boykot edəcək, lakin iddialara görə, Aİ-nin 7 ölkəsi öz nümayəndələrini göndərərək tədbirdə iştirak etməyi planlaşdırır.

Bu barədə Olaylar "Reuters"ə istinadən xəbər verir.

Bu gün baş tutmalı olan andiçmə mərasimində Böyük Britaniyanın iştirakı ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Rusiya mətbuatı Kremlin Moskvadakı bütün xarici diplomatik nümayəndəliklərin rəhbərlərini dəvət etdiyini bildirib.

Adı açıqlanmayan bir avropalı diplomat "Reuters" agentliyinə bildirib ki, 20 Aİ üzv ölkəsi tədbiri boykot edəcək, lakin 7 ölkənin nümayəndələrini göndərəcəyi gözlənilir.

Peter Stano Brüsseldə bildirib ki, Aİ-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsi Cosep Borrel ittifaqın tədbirdə iştirakına qarşıdır. 

Almaniya Xarici İşlər Nazirliyi inaqurasiyada iştirak etməyəcəyini bildirib.

Hazırda Moskvada nümayəndələri olmayan Baltikyanı ölkələr bu tədbirə qatılmaqdan qəti şəkildə imtina ediblər.

"Biz hesab edirik ki, Rusiyanın, xüsusən də onun cinayətkar liderinin təcrid olunması davam etməlidir. Putinin andiçmə mərasimində iştirak Litva üçün qəbuledilməzdir. Bizim prioritetimiz Rusiya təcavüzü ilə mübarizə aparan Ukraynanı və onun xalqını dəstəkləməkdir" - deyə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib.

Xatırladaq ki, mart ayında Rusiya Federasiyasında keçirilən seçkilər ən azı işğal olunmuş Ukrayna ərazilərində keçirilməsi baxımından bütün Aİ ölkələri tərəfindən pislənib. Onlar həmçinin səsvermənin qeyri-şəffaflığına, səslərin hesablanmasındakı pozuntulara və siyasi rəqabətin olmamasına diqqət çəkiblər.  

Fransa Putinin andiçmə mərasiminə öz səfirini göndərmək qərarına gəlib.

ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, lakin tədbirdə iştirak etməyəcək.

Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Putinin Rusiya Federasiyasının prezidenti kimi tanınması üçün heç bir əsas yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
11
Mənbələr
Şərh ()
Bağla