AZ

ABŞ Rusiyanın Ukrayna sərhəddində nüvə təlimləri keçirmək planını tənqid edib

 

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Pat Ryder Rusiyanın Ukrayna sərhədi yaxınlığında nüvə təlimləri keçirmək planını məsuliyyətsiz ritorika kimi qiymətləndirib. 


Missiya.Az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.


"Bu, Rusiyadan keçmişdə eşitdiyimiz məsuliyyətsiz ritorikanın bir nümunəsidir. Mövcud təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla bu, tamamilə yersizdir",-deyə o vurğulayıb.


Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Fransa, İngiltərə və ABŞ-nin təxribat və təhdidlərinə cavab olaraq ölkədə qeyri-strateji nüvə silahlarının iştirak etdiyi hərbi təlim keçiriləcəyini açıqlayıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla