AZ

Stiliana Nikolova: “Bakıdakı iki qələbə əlavə stimul verir”

“Bakıdakı Avropa kubokunda qazandığım iki qızıl medal düzgün yolda olduğumu göstərir”.

İdman.biz xəbər verir ki, bunu Bolqarıstan gimnastı Stiliana Nikolova Avropa Gimnastikasının (EG) mətbuat xidmətinə açıqlamasında deyib.

O, Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokundakı çıxışını qiymətləndirib. Stiliana Azərbaycandakı nəticələrin ona motivasiya verdiyini qeyd edib: “Bu, onu göstərir ki, mən böyük beynəlxalq yarışlarda qalib ola bilərəm və səylə çalışmağa davam etmək üçün stimul verir. Ümumilikdə çox xoş oldu, möhtəşəm, çətin və maraqlı alındı. İndi Avropa çempionatına hazırlığı davam edəcəm”.

Nikolova Bakıdakı çıxışından razılığını da gizlətməyib: “Öz çıxışımdan çox razıyam. Həqiqətən də konsentrasiya olmuşdum və xalçada öz işimi yerinə yetirdim. Buna görə də həm “Cross Battle”, həm də gürzlərlə hərəkətin finalında qalib gəldim”.

Qeyd edək ki, Bakıda keçirilən ilk Avropa kubokunda 37 ölkə gimnastları iştirak edib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla