AZ

Baku City Hospitalın baş həkimi nadir əməliyyatı uğurla icra edib - » Medical Media

Azərbaycanda çox nadir əməliyyatlardan biri baş tutub. Əməliyyatı Baku City Hospitalın baş həkimi Ruslan Əliyev həyata keçirib.

 

Ruslan Əliyev Medicalmedia.az- a söhbətində əməliyyat haqqında danışıb.

O bildirib ki, 72 yaşlı pasiyent huşsuz vəziyyətdə və hərəkətsiz şəkildə təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. İlkin müayinələrdən keçirilib, KT və MRT müayinələrindən sonra aydın olub ki, xəstədə işemik insult adlanan diaqnoz mövcuddur. Xəstə təcili olaraq angioqrafiya masasına alınıb. Angioqrafiyanın nəticəsində total tromboz aşkar edilib. Məlum olub ki, damar tam tıxalıdır və beyinə qan dövranı qəti şəkildə gəlmir. Daha sonra təcili olaraq xəstə trombektamiya əməliyyatına alınıb. 

Həkim vurğulayıb ki, bu total trombozlarda aparılan əməliyyat ölkəmizdə nadir əməliyyatlardan hesab olunur. Həm texniki cəhətdən çətin, həm də bir sıra ağırlaşmaları ola biləcək xəstəliklərə aiddir: 

“Əməliyyatımız çox uğurlu keçdi. Həm orta beyin arteriyasında, həm də yuxu arteriyasında trombozun qarşısını ala bildik. Stent implantasiyası da elədik və  qan dövranı tamamilə bərpa olundu. Hazırda xəstəmiz Reanimasiya şöbəsində yatır və bu günlərdə palataya köçürməyə hazırlaşırıq. Xəstənin yüngül nevroloji defisitləri qalmışdır. Bu hemopaliz dediyimiz bir vəziyyətdir. Onun da düzələcəyinə əminik. Beləliklə xəstəni ağır vəziyyətdən çıxarmış olduq və uğurla evə buraxmağa hazırlaşırıq”. 

Həmçinin bildirilib ki, bu xəstəlikdə önəmi faktorlardan biri vaxtdır:

“İnsult keçirmiş xəstəyə nə qədər tez, vaxtında müdaxilə olunarsa, o qədər xəstənin həyatda qalması və şikəst qalmama ehtimalı yüksəkdir. Bu xəstəmiz də bizə müraciət edəndə artıq insultdan 1 saat yarım vaxt keçmişdi. Müdaxiləmizin uğurlu olmasında əsas səbəblərdən biri elə budur. Belə bir vəziyyət yaranarsa vaxtında həkimə müraciət edin”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
309
1
Mənbələr
Şərh ()
Bağla