AZ

Traktor Fulada qarşı qalib gəlib

Dünən axşam mayın 6-ı keçirilmiş Traktor və Fulad komandalarının qarşılaşması 2-0 nəticəsi ilə sona çatıb.

Qarşılaşma İranın premier liqasının 26-cı həftə yarışları çərçivəsində keçirilib. 

Saat 19:30-da keçirilmiş qarşılaşma Fulad Futbol Komandasının evsahibliyi ilə Xozistan Əyalətinin mərkəzi Əhvaz şəhərində keçirilib. 

Yarışın ilk yarısının 14-cü dəqiqəsində Rikardo Alvezin ötürməsi ilə Şüca Xəlizadə qol vuraraq Traktor 1-0 irəli düşüb. 

Oyunun ikinci yarısı 87-ci dəqiqəsində  Rikardo Alvez əks hücum edərək Fuladın qapısına 2-ci qolu vurub. 

Bununla da Rikardo “Azərbaycan qırımızı formalılarının ulduzu” ləqəbini qazanıb. 

Güney Azərbaycanın Traktor Futbol Komandası bu qələbə ilə balını 44-ə artırmaqla liqada dördüncü yerini qoyuya bilib. 

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla