AZ

Mərkəzi Gömrük Hospitalının həkimi Türkiyədə beynəlxalq konfransda iştirak edib

Mərkəzi Gömrük Hospitalının Kardiocərrahiyyə şöbəsinin həkim-perfuzioloqu Ülviyyə Mahmudova “LivaNova” şirkətinin Türkiyənin İstanbul şəhərində təşkil etdiyi "Perfuziyanın Yeni Era Essenz Perfuziya sisteminə yüksəldilməsi" mövzusunda beynəlxalq tədbirdə iştirak edib.
 
Bu barədə Aztibb.az-a Hospitaldan məlumat verilib.
 
Tədbirdə perfuziya sahəsi üzrə aparıcı beynəlxalq məruzəçilər onlayn monitorinq, qərar qəbulu dəstəyi, qan idarəçiliyi və perfuziya sahələri üzrə yeniliklər barədə təqdimatlarla çıxış ediblər.
 
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla