AZ

"Ayaks" son 24 ildə ilk dəfə Erediviziyada ilk "dördlük"dən kənarda qalacaq

"Ayaks" klubu son 24 ildə ilk dəfə Niderland çempionatında ilk “4-lük”dən kənarda qalacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Amsterdam təmsilçisi Erediviziyada mövsümün başa çatmasına iki tur qalmış 52 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Dördüncü olan “Alkmaar”dan 9 xal geridə qalan “Ayaks”ın nəzəri cəhətdən yuxarı qalxmaq şansı yoxdur və maksimum beşinci yeri tutacaq.

“Ayaks” 1999/2000 mövsümündən bəri ilk dəfə Erediviziyanı “dördlük”dən kənarda başa vuracaq. Komanda 24 il əvvəl də beşinci yeri tutmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
3
Mənbələr
Şərh ()
Bağla