AZ

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Bakı, 7 may, AZƏRTAC

Hesab edirik ki, hökumətlərə iqtisadi və sosial siyasətdə daha çox qadınlara yönələn proqramların həyata keçirilməsi tövsiyə edilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Qadınlar Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Belen Sanz Luque “Azərbaycanın 4-cü Könüllü Millli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr” adlı tədbirdə deyib.

O qeyd edib ki, təmsil etdiyi qurum xüsusən də gender bərabərliyinin gücləndirilməsi, eləcə də qadınlara əmək bazarında əks cinsin nümayəndələri ilə bərabər imkanların yaradılmasının maliyyəşməsini həyata keçirir.

“Bu prosesdə həm dövlət, həm də özəl sektorun təmsilçiləri iştirak etməlidirlər. Belə olarsa qadınların cəmiyyətə tamhüquqlu inteqrasiyasına nail ola bilərik”, - deyə regional direktor bildirib.

O, əlavə edib ki, son illərdə Azərbaycan hökuməti iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına mühüm töhfələr verib.

Xanım Luque bildirib ki, qadınların iqtisadi səlahiyyətləndirilməsi insanların bu sahəyə olan münasibətinin də dəyişməsini zəruri edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla