AZ

Azərbaycan - Slovakiya biznes forumu çərçivəsində əməkdaşlıq memorandumları imzalanıb

Azərbaycan - Slovakiya biznes forumu çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti və Slovakiya İxrac və İdxal Bankı (EXIMBANKA), həmçinin Slovakiyanın "SEAK Energetics" şirkəti və "ITECH GROUP" MMC arasında əməkdaşlıq memorandumları imzalanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşıb.

O bildirib ki, sənədlərin icrası tərəflər arasında biznes, rabitə və kibertəhlükəsizlik, smart texnologiyalar kimi sahələrdə əməkdaşlığın inkişafını təmin edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
1
Mənbələr
Şərh ()
Bağla