AZ

Britaniya ordusunun sirləri ələ keçirilib – Hökumət Çin hakerlərindən şübhələnir

Böyük Britaniya Müdafiə Nazirliyi hərbi qulluqçuların şəxsi məlumatlarınım məlumat bazası hakerlər tərəfindən sındırılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə BBC və “Sky News” telekanalları məlumat yayıblar.

BBC kiber hücumun arxasında kimin olduğu barədə məlumat olmadığını, “Sky News” isə Britaniya hökumətin hakerlərin Çin hakimiyyəti ilə əlaqəli olduğuna inandığını bildirir.

Məlumata görə, hakerlər hərbi qulluqçuların maaş vərəqələrini və bank hesablarının nömrələrini saxlayan sistemə giriş əldə ediblər.

Xarici İşlər Nazirliyinin podratçısı tərəfindən idarə olunan sındırılmış sistemdə Britaniya ordusu, donanması və hava qüvvələrinin keçmiş üzvlərinə aid şəxsi məlumatlar var idi. Söhbət vergi xidmətinə təqdim olunan sənədlərdən gedir.

Bununla belə hakerlər Müdafiə Nazirliyinin əməliyyat məlumatlarına çıxış əldə edə bilməyiblər.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla